Yan 21, 2020 18:56 Asia/Baku
  • Davos iqtisadi forumu başlanıb
    Davos iqtisadi forumu başlanıb

İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu başlanıb. Forumda üç min nəfərdən çox siyasətçi, iqtisadçı, həmçinin vətəndaş məsələləri üzrə fəal və hökumət rəsmisi iştirak edir.

Dünya İqtisadi Forumu bu gün sağlam gələcək, yer kürəsinin qorunması üzrə həll yolları, daha yaxşı biznes, geopolitik məsələlər, cəmiyyət və əməyin gələcəyi, habelə daha ədalətli iqtisadiyyatlar və əmtəə malları texnologiyasına şamil olan yeddi əsas mövzunun elan olunması ilə işə başlayıb.

Cümə gününədək davam edəcək bu forumda 53 prezident və baş nazir daxil olmaqla 117 ölkədən üç min nəfərdən çox insan iştirak edir.