Yan 21, 2020 20:16 Asia/Baku
  • Avstraliyada qum fırtınası
    Avstraliyada qum fırtınası

Qum fırtınası Avstraliyanın cənub-şərqində yerləşən Yeni Cənubi Uels əyalətini alt-üst edib.

Sosial medialara göndərilmiş video təsvirlər fırtına toz-torpağının Dabbo şəhərinin və qonşu şəhərlərin üzərini geniş miqyasda aldığını göstərir.

Dabboda fırtınanın sürəti saatda 107 kilometr qeyd olunubdur.

Toz-torpaq fırtınası elə bir halda Yeni Cənubi Uels əyalətini alt-üst edibdir ki, bu əyalətin geniş əraizisi 2019-cu ilin oktyabrından bəri yanğına düçar olubdur.