Yan 22, 2020 07:43 Asia/Baku
  • Malayziya: Dünyanın zibil qabısı deyilik
    Malayziya: Dünyanın zibil qabısı deyilik

Malayziya bildirib ki, 150 konteyner plastik maddələr tullantılarını ABŞ, Fransa və İngiltərə daxil olmaqla varlı ölkələrə geri qaytarıbdır.

Çin hökumətinin bu ölkədə zibil emalı üzrə qanunsuz şirkətlərlə mübarizəsinin şiddətlənməsinin ardınca bu zibillər Malayziya və İndoneziya kimi Asiya ölkələrindən peyda olurlar. Malayziya hökumətinin sözçüsü deyib ki, ölkəsi dünyanın zibil qabısı olmasına icazə verməyəcək.

O, əlavə edib: Malayziyanı dünyanın zibil qabısına çevirmək istəyənlər onu yatıb, yuxuda görərlər.

Çinin 2018-ci ildə plastik kütlələrin idxalını qadağan etməsindən sonra milyonlarla ton qaçaq və istənilməz zibil yükü başlıca olaraq, Malayziya və İndoneziya kimi cənub-şərqi Asiya ölkələrinə dövriyyə edibdir. Amma Kuala-Lumpur və bu ölkələrin bəziləi bu mövzu ilə mübarizə fikrinə düşüblər.