Yan 22, 2020 09:11 Asia/Baku
  • Trump-ın impiçment mühakiməsində çəkişmə
    Trump-ın impiçment mühakiməsində çəkişmə

ABŞ Senatında iclasların vaxtı, şahid və dəlillərin təqdimatı ilə bağlı prosedur çəkişmələrinin ardınca prezident Donald Trump-ın impiçment mühakiməsi başlanıb.

Senatın respublikaçı çoxluğunun lideri Mitch McConnell yanvarın 21-də deyib ki, mühakimə ədalətli bir şəkildə aparılacaq.

Demokratların impiçment müvəkkillərindən Adam Schiff respublikaçı McConnell-i Trump-ı himayə etməkdə və şahid ifadələrinin səslənməsinin qarşısını almaq cəhdində ittiham edib:"Bu ədalətli bir mühakimə prosesi deyil. Bu, saxta mühakimə üçün qurulmuş bir prosesdir.”

İmpiçment mühakiməsinin bazar günləri xaric həftənin 6 günündə davam edəcəyi gözlənilir.

Demokratlar Trump-ı öz siyasi rəqibinə qarşı cinayət işi başlatmaq üçün Ukrayna prezidentinə təzyiq göstərməkdə və ədalətin qarşısını almaqda ittiham edirlər.