Yan 25, 2020 13:28 Asia/Baku
  • Çində koronavirusun qurbanlarının sayı 41 nəfərə çatıb
    Çində koronavirusun qurbanlarının sayı 41 nəfərə çatıb

Çində yeni növ koronavirusa yoluxanların sayı durmadan artmaqdadır və həlak olanların sayı 41 nəfərə çatıb.

"South China Morning Post" qəzetinin yazdığına görə, Çinin şərqində yerləşən Hubei əyalətində ölənlərin hamısı pandemik koronavirusun qeydə alındığı Uhan şəhərinin sakinləridir.

Bundan əvvəl koronavirusa yoluxma səbəbindən ölənlərin sayı 24 nəfər elan olunmuşdu.

Qəzetin yazdığına əsasən, Çinin 29 əyalətində bu virusa yoluxanların sayı təxminən min 112 nəfər elan olunub.

Uhan şəhəri 2019-cu ilin dekabr ayında bu əsrarəngiz virus nəticəsində yaranan sətəlcəmin yayıldığı ilk şəhər kimi qeydə alınıb.

Çin bu virusun yayılmasının qarşısını almaq üçün Hubei əyalətində 8 şəhərə gediş-çıxış yollarını bağlayıb və ciddi karantin elan edib. Bu xəstəliyi nəzarətdə saxlamaq üçün yüzlərlə həkim sözü gedən əyalətə göndərilib.

Virus Çindən əlavə 11 ölkədə; o cümlədən ABŞ və Avstraliyada da müşahidə olunub və ölkələrin əksəriyyəti vətəndaşlarına Çinə səfər etmələri barədə xəbərdarlıq ediblər.

 

Teqlər