Yan 26, 2020 12:46 Asia/Baku
  • ABŞ Rusiya-Bolqarıstan münasibətlərinin gərginləşməsini dəstəkləyir
    ABŞ Rusiya-Bolqarıstan münasibətlərinin gərginləşməsini dəstəkləyir

Rusiya diplomatlarının Bolqarıstandan deportasiya edilməsindən sonra ABŞ-ın Sofiya şəhərindəki səfirliyi iki ölkə arasında yaranan gərginliyi dəstəkləyib.

"Associated Press"in məlumatına görə, ABŞ-ın Bolqarıstanın paytaxtı Sofiyadakı səfirliyi bir bəyanatda bu ölkənin Rusiyaya qarşı hərəkətini bəyənib və Moskvanı Bolqarıstana nüfuz etməkdə günahlandırıb.

Bəyanatda deyilir: "Bolqarıstan Şimali Atlantika Alyansı NATO-nun güclü müttəfiqi və Avropanın tərəfdaşıdır və onun özünü müdafiə haqqı danılmazdır".

Bolqarıstanın Xarici İşlər Nazirliyi cümə günü yanvarın 24-də iki rus diplomatı casusluqda ittiham edib və onları arzuolunmaz şəxs kimi ölkədən qovub.

Bolqarıstan rəsmiləri bu iki rusiyalı diplomatı bu ölkənin enerji təhlükəsizliyi və milli seçkiləri haqqında informasiya toplamaqda günahlandırırlar.

Rusiya XİN-i Bolqarıstanın rus diplomatları deportasiya etməsini dostluğa zidd hərəkət adlandırıb və Moskvanın adekvat cavab vermək haqqını özündə saxladığını bildirib.

Teqlər