Yan 27, 2020 18:16 Asia/Baku
  • Qəzneydə aviaqəza
    Qəzneydə aviaqəza

Bir əfqan rəsmi bildirib ki, Əfqanıstanda bir ədəd təyyarənin süqut etməsi nəticəsində onun bütün sərnişinləri həlak olub.

Vəhidullah Kəlimzay bu gün bir müsahibədə bildirib ki, aviaqəzanın baş verdiyi məkana bir komanda göndərilib. O, deyib ki, təyyarə tam şəkildə yandığı üçün tanınmır.

Qəzney vilayətinin icra başçısının sözçüsü Arif Nuri bildirib ki, təxminlərə görə, yerdə yüz cəsəd olmalıdır və məsul şəxslər digər cəsədləri tapmağa çalışırlar.

O, əlavə edib: Dəymiş xəsarətlər o qədər yuxarıdır ki, cəsədlərin tanınması olduqca çətindir. Bu təyyarənin tikələri Kabilin cənubundan yüz mil aralıda, Qəzneyin "Yak" kəndində tapılıbdır.