Yan 29, 2020 12:42 Asia/Baku
  • 10 mindən çox ABŞ vətəndaşı İran xalqından üzr istəyiblər
    10 mindən çox ABŞ vətəndaşı İran xalqından üzr istəyiblər

ABŞ-ın İran xalqına verdiyi əziyyətlər və göstərdiyi maksimum təzyiqə görə, 10 mindən çox imza ilə bir məktub İranın maraqlarını təmsil edən Vaşinqtondakı nümayəndəliyinə təqdim olunub.

İRNA-nın məlumatına görə, "Code Pink: qadınlar sülh üçün" qrupu İranın maraqlarını qoruyan Vaşinqtondakı ofisində olaraq, ofis rəsmilərinə bir məktub təhvil veriblər.

"Code Pink: qadınlar sülh üçün" təşkilatının təsisçisi Medea Bencamin və onu müşayiət edən heyət tərəfindən təhvil verilən bu məktubda deyilir: " Amerikalıların bütün dünya xalqının sülh və təhlükəsizliyinə sadiq olduqları üçün,  biz bu məktubu imzalayanlar da prezidentimizin kobud və nifrət dolu hərəkətlərinə görə, üzr istəyirik".

Məktubu imzalayanlar əlavə ediblər: " ABŞ İranın daxili işlərində müdaxiləbaxımından dəhşətli keçmişə malikdir. 1953-cu ildə ölkənizin resurslarının milliləşdirilməsinə qarşı həyata keçirilən və sizin seçdiyiniz demokratik hökumətin devrilməsi ilə nəticələnən çevriliş məsuliyyətsizlik idi.

ABŞ-da sülh tərəfdarları həmçinin, ABŞ-ın yeni anti-İran hərəkətlərini Donald Trampın xarici siyasət üzrə ən təhlükəli və ən təhrikedici qərarları kimi xarakterizə ediblər. " Ordu generalı şəhid Qasim Sülrymaninin D.Trampın əmrilə İraq torpağında terror edilməsi qlobal təhlükəsizliyi ciddi problemlə üzləşdirib və beynəlxalq qanunlara ziddir",-deyə onlar əlavə ediblər.  

Anti-müharibə aktivistləri məktubun sonunda deyirlər: " Aparılan rəy sorğuları göstərir ki, ABŞ xalqı İranla müharibə və gərginlik istəmir. Onlar iranlılarla sülh və harmoniyada yaşamaq istəyirlər. Lütfən onların dostluq üçün üzadılmış əllərini tutun. Qoy sülhsevərlər nifrət və təfriqə yayanlara qalıb gəlsinlər". 

 

Teqlər