Yan 30, 2020 19:15 Asia/Baku
  • Moskva Ərdoğanın tənqidinə reaksiya verib

Rusiya xarici işlər nazirliyi Türkiyə prezidentinin Moskvanın Suriyadakı öhdəliklərinə sadiq qalmaması barədəki sözlərini rədd edib.

Rusiya xarici işlər nazirliyi Rəcəb Tayyıb Ərdoğanın "Moskva Astana müzakirələri çərçivəsindəki razılaşmalara və Suriyanın İdlib şəhərinin vəziyyətinin həllinə dair Soçi anlaşmasına sadiq deyildir" ifadəsinə reaksiyada Moskvanın Suriya barədəki bütün öhdəliklərinin icra olunduğunu vurğulayıb.

Bu açıqlamada deyilir: Rusiya barədəki bu kimi iddia reallığa uyğun deyil və Moskva Suriyadakı problemlərin həlli üzrə bütün öhdəliklərinin icrasına sadiqdir.

Türkiyə prezidenti yanvarın 29-da deyib: Rusiya Suriya barədə üçtərəfli Astana müzakirələri çərçivəsində, eləcə də Suriya məsələlərinin həlli üzrə Rusiya-Türkiyə müzakirələri çərçivəsində əldə olunmuş razılaşmalara sadiq deyildir.

Teqlər