Fev 06, 2020 12:12 Asia/Baku
  • Senat Trampa bəraət qazandırdı!
    Senat Trampa bəraət qazandırdı!

Trampa qarşı ittihamlara respublikaçı senatorlar tərəfindən göz yumulması nəticəsində ABŞ prezidenti hakimiyyətdən sui-istifadə etmək ittihamı ilə bağlı bəraət qazandı.

ABŞ-ın 45-ci prezidentinin senatdakı mühakiməsinin 12-ci günü yerli vaxtla saat 16-da başlandı.

Bu mərhələdə Trampın impiçmentinin lehinə və əleyhinə olan senatorların ifadələrinin bitməsi ilə yekun səsvermə həyata keçirildi.

Bu səsvermədə 52 respublikaçı senator Trampın günahkar sayılmasına qarşı çıxdı. 47 demokrat senator üstəgəl bir respublikaçı senator isə Trampın günahkar sayılmasını dəstəklədi.

Əgər senatorların üçdə iki hissəsi, yəni 67 senator Trampın ləyaqətsizliyinin lehinə səs versəydi, o, Amerikanın prezidenti vəzifəsindən kənara qoyulmuş olardı.

Əlbəttə, senatın, əksəriyyətə malik olan Trampın partiya məsləkdaşlarının, yəni respublikaçıların ixtiyarında olmasına görə, bu nəticə gözlənilməz deyildi.

 

 

Teqlər