Fev 06, 2020 13:41 Asia/Baku
  • İngiltərədə üç min terrorçu şübhəli var
    İngiltərədə üç min terrorçu şübhəli var

İngiltərədə terrorizmlə mübarizə polisinin rəisi bu ölkədə terror fəaliyyətləri ilə məşğul olmaqda şübhəli bilinən təqribən üç min nəfərin mövcud və bunun nigaranedici olduğunu bildirib. Nil Basu bu gün deyib ki, bu şəxslərin aradan götürülməsi çətin bir işdir.

Basu terror fəaliyyətləri ilə məşğul olmaqda şübhəli bilinən şəxslərin nəzarətdə saxlanıldıqlarını desə də bunun tam və əhatəli şəkildə mümkün olmadığını bildirib. O, bunu da qeyd edibdir ki, terror fəaliyyətlərinə görə məhkum olunmuş şəxslərin bir qrupunun məhkumluq müddəti başa çatıb və onlar tədricən azad ediləcəklər.

İŞİD terror qruplaşmasının İraq və Suriyada məğlub edilməsindən sonra bu qruplaşmaya və ya digər terror bandalarına qatılmış bir qrup Qərb vətəndaşı öz ölkəsinə geri dönə bilib. Elə bu məsələ İngiltərəni hazırda terror hücumları problemi və təhlükəsizlik narahatlıqları ilə üzləşdiribdir.

 

 

Teqlər