Fev 08, 2020 13:28 Asia/Baku
  • M. Muhəmməd “əsrin sövdələşməsi”ni tənqid edib

Malayziyanın baş naziri “əsrin sövdələşməsi” adlı biabırçı amerikan planı tənqid edib.

Mahatir Muhəmməd bu gün Malayziyada Qüdsü himayə edən parlamentlər birliyi konfransının açılış mərasimində deyib ki, amerikan “əsrin sövdələşməsi” planı yalnız sionistlərin rasizminin şiddətlənməsinə bais olacaq.

Malayziyanın baş naziri həmçinin Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququ ilə bağlı BMT nizamnaməsinin həyata keçirilməsini istəyib.

ABŞ prezidenti Donald Tramp son zamanlar birtərəfli hərəkətdə və fələstinli tərəflərin diqqətini çəkmək, habelə beynəlxalq və regional dəstəyi əldə etmək üzrə aylarla göstərilən səylərin uğursuz qalmasına məhəl qoymadan biabıırçı “əsrin sövdələşməsi” planını təqdim etdi.

Ərəbistan, Bəhreyn və əmirliklər daxil olmaqla bəzi ərəb ölkələrinin həmkarlığı və razılığı ilə işlənib hazırlanmış biabıırçı “əsrin sövdələşməsi” planına əsasən, Qüdsi-Şərif sionist rejimə veriləcək, fələstinli didərginlərin öz ölkələrinə geri dönmək haqları olmayacaq və Fələstin/ Qəzzə zolağı və qərb sahilində yerdə qalan ərazilərin mülkiyyətinə malik olmuş olacaqdır.

 

Teqlər