Fev 12, 2020 15:03 Asia/Baku
  • 15 rohincalı miqrant Banqladeşin sahil sularında qərq olub

Banqladeşin sahil qvardiyası bu ölkənin sahil sularında 15 rohincalı miqrantın qərq olduğunu bildirib.

Banqladeşin sahil qvardiyası bu gün bildirib ki, bu hadisə 130 rohincalı miqrantı daşıyan qayıqda baş verib. Qayığın sərnişinlərindən 73 nəfər xilas edilib. Yardım və xilasedici qüvvələr hadisədə itkin düşənləri tapmağa çalışırlar.

Qayıq dünən gecə Banqladeşin cənubunda yerləşən və bir milyondan çox rohincalı mühacirin məskunlaşdığı “Kaqas bazar” bölgəsindən Malayziyaya tərəf hərəkətə başlayıbmış.

2017-ci il avqustun 25-dən Myanma ordusunun və ifratçı buddistlərin Arakan əyalətində rohincalı müsəlmanlara qarşı hücumlarında 6 mindən çox müsəlman öldürüldü, 8 min nəfər yaralandı və təqribən bir milyon nəfər də Banqladeşə didərgin düşdü.

 

 

Teqlər