Fev 13, 2020 12:56 Asia/Baku
  • Rusiya müdafiə nazirliyinin Türkiyənin müdaxilələrinə reaksiyası

Rusiyanın müdafiə nazirliyi bildirib ki, Türkiyənin öz öhdəliklərinə sadiq qalmaması Suriyanın İdlib vilayətində böhranın yaranmasına bais olubdur.

Rusiya müdafiə nazirliyi bu gün bir açıqlamada Türkiyədən Suriyanın İdlib vilayətinə silahların göndərilməsinə toxunub. Bildirib ki, İdlibin gərgin vəziyyəti terrorçuların onunla qonşu bölgələrə hücumları nəticəsində yaranıbdır.

Açıqlamada sonra deyilir: İdlibdəki terrorçular xaricdən dəstək alırlar və silah və sursat Türkiyə-Suriya sərhədi vasitəsi ilə İdlibin təhlükəsiz bölgəsinə daşınır.

Suryanın əmin-aman İdlib bölgəsinin vəziyyəti son həftələrdə terrorçuların fəaliyyətləri və onların bu bölgədən Suriyanın digər nöqtələrinə qarşı hücumları nəticəsində gərginləşibdir.

Türkiyənin hərbi və qanunsuz təchizatlarının Suriya ərazisinə daxil olması və Ankara tərəfdən dəstək alan İdlib vilayətindəki terrorçuların ardıcıl şəkildə atəşkəsi pozmaları ilə eyni vaxtda Suriya ordusu da son zamanlar bu vilayətdə irəliləyib və onun yarısından çoxunu terror qruplarının hökmranlığı altından çıxarıbdır.

 

Teqlər