Fev 18, 2020 09:24 Asia/Baku
  • Çin Amerikanın İranla əməkdaşlıq edən Çin şirkətlərinə qarşı sanksiyalarının aradan qaldırılmalı olduğunu bildirib
    Çin Amerikanın İranla əməkdaşlıq edən Çin şirkətlərinə qarşı sanksiyalarının aradan qaldırılmalı olduğunu bildirib

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Amerikanın İranla əməkdaşlıq edən bu ölkə şirkətlərinə qarşı sanksiyalarının götürülməli olduğunu vurğulayıb.

İRNA-nın verdiyi məlumata görə, Qonq Şuanq Pekində keçirilən mətbuat konfransında İran və bəzi başqa ölkələrlə əməkdaşlıq edən Çin şirkətlərinə qarşı Amerika tərəfindən tətbiq edilmiş sanksiyalara son qoyulmasını istəyib. 

ÇİN XİN sözçüsü deyib: Amerikanın öz daxili qanunlarına istinad edərək bir tərəfli şəkildə digər ölkələrlə əməkdaşlq aparan şirkət və müəssisələrə qarşı sanksiya tətbiq etməyə haqqı çatmır. 

Qonq Şuanq Ameirkanın İrana qarşı sanksiyalarını qınayaraq deyib: Çin Amerikadan beynəlxalq ictimaiyyətin nüvə sazişi ilə əlaqədar nigaranlıqlarını nəzərə alması və ölkələrin qanuni mənafe və hüquqlarına hörmətlə yanaşmasını tələb edir ona görə ki, bu sanksiyalar ölkələr və beynəlxalq ictimaiyyətin mənafelərinə ziyan vurur. 

Teqlər