Fev 18, 2020 17:41 Asia/Baku
  • Bolton Trampın İrana qarşı maksimum təzyiq siyasətini qınayıb
    Bolton Trampın İrana qarşı maksimum təzyiq siyasətini qınayıb

Tramp administrasiyasında İrana qarşı maksimum təzyiq siyasətinin müəlliflərindən olan Ağ evin keçmiş milli təhlükəsizlik müşaviri Trampın bu siyasətinin icra tərzini tənqid edib.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Con Bolton deyib: ABŞ prezidenti Donald Tramp iqtisadi sanksiya və digər vasitələrdən istifadə edərək İrana təzyiq göstərmək üzrə vədlərini yerinə yetirməkdə uğur qazanmayıb. 

Bolton etiraf edib ki, Trampın İrana qarşı siyasəti məğlubiyyətə uğramaqdadır və onun İrana qarşı maksimum təzyiq şüarını reallaşdırması ciddi görünmür. 

Boltonun bu etirafı kəskin anti-İran mövqeyi ilə tanınan bir simanın İrana qarşı düşmənçilik siyasətlərinin effektli olmamasına acı etiraf hesab olunur və amerikan ifratçıların İrana qarşı siyasətlərdən istədiklərini əldə etmədiklərini göstərir. 

Teqlər