Fev 20, 2020 19:07 Asia/Baku
  • Almaniyada ölümcül atışmanını səbəbi, ksenofobiya olub

Almaniya hökuməti Frankfurt şəhəri yaxınlığındakı ölümcül atışmanını səbəbini ksenofobiya adlandırıb.

Almaniyanın daxili işlər nazirliyi bu gün bir açıqlamada bildirib ki, Frankfurt şəhəri yaxınlığında yerləşən Hanau bölgəsindəki atışmanın amilinin irqi və ksenofob niyyətləri olub. Bu şəxs cinayət səhnəsindən qaçdıqdan sonra öz evində intihar edibdir.

Almaniya rəsmiləri bildiirblər ki, bu atışmanın amilinin silah daşımağa lisenziyası olub və o, atıcılıq idman növünə maraq göstərirmiş.

Almaniya rəsmilərinin bildirdiklərinə görə, bu şəxs barədə malik olduqları məktuba əsasən, o, ekstremist sağçı baxışlara malik olubdur.

Atışma dünən yerli vaxtla saat 22 radələrində iki ənənəvi ərəb qəhvəxanasında və bir neçə dəqiqəlik zaman fasiləsi ilə baş veribdir. Hadisədə 8 nəfər ölüb, bir neçə nəfər də yaralanıbdır.

 

 

Teqlər