Fev 22, 2020 07:53 Asia/Baku
  • Əynuləsəddə beyin travması alanların sayı 110 nəfərə çatıb
    Əynuləsəddə beyin travması alanların sayı 110 nəfərə çatıb

Pentaqon bildirib ki, İran tərəfindən İraqdakı Əynuləsəd bazasına raket atışı nəticəsində beyin travması almış amerikalı hərbçilərin sayı 110 nəfərə çatıb.

Bu rəqəm fevralın onunda verilən rəqəmdən yuxarıdır.

Pentaqon öz açıqlamasında həmin hücumda zədələnmiş bütün hərbçilərin yüngül beyin xəsarətləri aldıqlarını bildirib.

O, qeyd edib ki, 35 nəfər daha artıq müayinə edilmək üçün Almaniyaya köçürülübdür ki, onların da 25 nəfəri Amerikaya göndərilibdir.

Xatırladaq ki, Donald Tramp öncə demişdi ki, İranın İraqdakı Əynuləsəd bazasına qarşı hücumunda heç bir amerikalı ziyan çəkməyib. Lakin sonradan onlarla amerikalı hərbçinin xəsarət alması barədə xəbərlər daxil oldu.