Fev 22, 2020 13:08 Asia/Baku
  • Abdullah Abdullah yeni vali təyin edib
    Abdullah Abdullah yeni vali təyin edib

Əfqanıstanda əhatəli hökumət təşkil etmək niyyətində olan bu ölkənin milli birlik hökumətinin icra başçısı və uğursuz qalmış Əfqanıstan prezident seçkilərinə namizəd ilk addımda vilayətlərdən biri üçün yeni vali təyin edibdir.

Əfqanıstanın bəzi medialarının bildirdiklərinə görə, “Səre Pol” vilayət şurasının sədri Mohəmməd Nur Rəhmani Abdullah Abdullah tərəfindən bu vilayət üçün yeni vali təyin olunubdur.

“Səre Pol” vilayəti üçün yeni valinin təyin edilməsilə bir zamanda, Abdullah Abdullahın tərəfdarlarından yüzlərlə nəfər valilik məkanına toplaşıbdır ki, yeni vali işə başlamış olsun.

Qərar üzrə bu gün Abdullah Abdullah Cuzcan və Pəncşir vilayətləri üçün də yeni valilər təqdim etməlidir. Əfqanıstan prezident aparatı hələ bu haqda reaksiya verməyibdir.

Əfqanıstan müstəqil seçki komissiyası keçən həftənin çərşənbə axşamı günü bir daha Mohəmməd Əşrəf Qənini 50,64% səslə bu ölkədə prezident seçkilərinin qalibi elan etdi. Abdullah Abdullah da ikinci yerdə durdu.

Mohəmməd Əşrəf Qəninin prezident seçkilərindəki qələbəsini qəbul etməyən Abdullah Abdullah bildiribdir ki, əhatəli bir hökumət təşkil edəcək. Onun ardınca Əfqanıstandakı bəzi partiyalar ona dəstək veriblər.

Əfqanıstan prezident seçkiləri 2019-cu il sentyabrın 28-də keçirilib.

 

 

Teqlər