Fev 26, 2020 20:48 Asia/Baku
  • Ermənisan rəsmiləri nəzarət kameralarından istifadəyə qarşıdırlar
    Ermənisan rəsmiləri nəzarət kameralarından istifadəyə qarşıdırlar

Bir ermənidilli qəzet adlarını açıqlamadan bildirib ki, Ermənistan rəsmiləri referendumun keçirilməsində nəzarət kameralarının quraşdırılmasına qarşı çıxıblar.

“Past” qəzeti yazıb: Ermənistan Respublikasının seçki məcəlləsində deyilir ki, seçkilər və referendumun keçirilməsində şəffaflığı artırmaq məqsədilə seçki məntəqələrində nəzarət kameralarından istifadə edilsin.

Past-ın yazdığına görə, Ermənistan rəsmiləri 2020-ci il 5 aprel referendumu gedişində nəzarət kameralarından istifadə edilməməsi məsələsini araşdırmaqdadırlar.

Qeyd olunan tarixdə Ermənistanda əsas qanunun islahı üzrə referendum keçirilməlidir ki, əsas qanun məhkəməsinin qalması və ya buraxılması məsələsi aydınlaşmış olsun.

Ermənistan hökuməti son aylar əsas qanun məhkəməsi ilə bir çox çəkişməyə malik olub və sonda parlamentin qərarı ilə bu qənaətə gəlinibdir ki, referendum həmin məhkəmənin məsələsini aydınlaşdırsın.

Hökumətlə müxalif olan bəzi partiyalar əsas qanunun islahı referendumunu sanksiya ediblər.

 

 

Teqlər