Fev 28, 2020 19:55 Asia/Baku
  • Suriyadakı terrorçulara imtiyaz verməyəcəyik
    Suriyadakı terrorçulara imtiyaz verməyəcəyik

Rusiyanın xarici işlər naziri vurğualyıb ki, ölkəsi Suriyadakı terrorçulara imtiyaz verməyəcək.

Sergey Lavrov Lüksemburqdan olan həmkarı Jan Asselborn ilə birgə mətbuat konfransında deyib: Terrorçuların hesabını İdlib əhalisindən ayırmaq lazımdır və Suriya ordusunun terrorçuların mövqelərini məhv etməyə haqqı çatır.

Lavrov Türkiyənin bundan öncə Rusiya ilə bağladığı müqaviləyə sadiq qalmamasını tənqid edib. O, Ankaranın BMT Təhlükəsizlik Şurasının Suriya barədəki qətnaməsinə sadiq qalmasını və İdlib bölgəsində atəşkəsə hörmətə və tərkisilaha vəfalı olması vacibliyini vurğulayıb.

Rusiyanın xarici işlər naziri həmçinin Suriyadakı hərbi qüvvələrindən bir qrupunun ölməsinə görə, Ankaraya başsağlığı verib. Bildirib ki, Moskva Türkiyənin Suriyadakı hərbi qüvvələrinin təhlükəsizliklərinin gücləndirilməsinə kömək etməyə hazırdır.

Bu gün İdlib vilayətinin ətrafındakı Cəbəl-əl-Zaviyyə bölgəsində yerləşən Əlbərə kəndinin yaxınlığında həyata keçirilən aviazərbələrdə 34 Türkiyə hərbçisi öldürülüb.

Rusiyanın müdafiə nazirliyi bildirib ki, Türkiyə hərbçiləri terrorçuların sırasında olublar və Ankara öz hərbçilərinin İdlibdə olmaları barədə Moskvaya məlumat verməmişdi.

 

 

 

Teqlər