Fev 29, 2020 13:55 Asia/Baku
  • Tramp ABŞ ilə Taliban arasında razılaşma barədə iddia irəli sürüb
    Tramp ABŞ ilə Taliban arasında razılaşma barədə iddia irəli sürüb

ABŞ prezidenti iddia edib ki, Amerika ilə Taliban arasında sülh müqaviləsi Əfqanıstanda savaşa son qoyulması istiqamətində atılan bir addımdır.

Donald Tramp bu gün səhər Amerika ilə Taliban arasında sülh müqaviləsinin imzalanması haqda olan bir açıqlamada amerikalı hərbçiləri dünyanın müxtəlif bölgələrindən öz ölkələrinə qaytaracağına dair öz seçki vədinə toxunub.

İddia edib ki, onun hökuməti bu sahədə mühüm irəliləyişə malik olubdur.

Tramp bu açıqlamada həmçinin belə iddia edib: Əgər Taliban və Əfqanıstan hökuməti öz öhdəliklərinə sadiq qalarlarsa, biz bu ölkədə savaşa son qoyulması və hərbçilərimizin öz ölkələrinə geri dönmələri istiqamətində güclü bir addım atmışıq.

ABŞ prezidenti bundan öncə iddia etmişdi ki, Taliban-ın zorakılığın azaldılması razılaşmasına sadiq qalacağı təqdirdə, sülh müqaviləsini onun özü imzalayacaqdır.

 

 

 

 

Teqlər