Mart 01, 2020 13:45 Asia/Baku
  • Koronavirusa görə İtaliyanın şimalında təhsil mərkəzləri fəaliyyətlərini dayandırıblar
    Koronavirusa görə İtaliyanın şimalında təhsil mərkəzləri fəaliyyətlərini dayandırıblar

İtaliyanın şimalında məktəblər və ali təhsil mərkəzləri koronavirusun yayılmasına görə ikinci həftədir ki, fəaliyyətini dayandırıb.

Röytersin verdiyi məlumata görə, İtaliyanın şimal bölgəsinin başçısı Stefano Benakaçini dünən öz fecbook səhifəsində yazıb: Hökumətin tövsiyələrini nəzərə alaraq Lumbardi və Vento bölgələrində təhsil mərkəzlərinin fəaliyyəti növbəti bir həftə üçün dayandırılıb.

İtaliyanın şimalı Avropada koronavirusun yayıldığı mərkəzə çevrilib. İtaliya Avropada koronavirusun ən çox yoluxduğu ölkə hesab olunur və məlumatlara görə, indiyədək bu ölkədə koronavirusa 821 yoluxma halı qeydə alınıb. 

İtaliyada 21 nəfər də koronavirusa yoluxma nəticəsində ölüb. 

İtaliyanın şimal şəhərlərinin rəsmiləri bir həftə öncə məktəblər, universitetlər, muzeylər və kinoteatrların fəaliyyətini dayandırıb və Venesiya karnavalı da daxil ümumi toplantılar qadağan edilib. 

Koronavirus ötən ilin dekabr ayının axırlarında Çinin şərqində yerləşən Vuhan şəhərində peyda olundu. 

Bu günədək dünya səviyyəsində bu virusa yoluxanların sayı 86 min 905 nəfər , ölənlərin sayı 2 min 979 nəfər və sağalanların sayı isə 45 min 344 nəfərdir. 

İTALİYADA MƏKTƏBLƏRİN FƏALİYYƏTİ 2-Cİ HƏFTƏ ÜÇÜN DAYANDIRILIB

Teqlər