Mart 05, 2020 17:16 Asia/Baku
  • Ermənistan öz əhalisini artırmaq istəyir

Ermənistan parlamenti bu ölkədə əhalinin sayının artırılması layihəsindən xəbər verib.

Ermənistan parlamenti dünən «Dövlət mükafatları və fəxrləri» qanununa düzəlişi qəbul edibdir ki, ona əsasən, azı altı övlad və ya övladlığa götürdüyü uşağı böyüdən valideynə «Valideyn Fəxri Medalı» veriləcək. Onlara həmçinin ömürlük müavinət ödəniləcəkdir.

Ermənistanın əmək və sosial məsələlər nazirinin müavini Armen Udumyan deyib: İndiyədək doqquz ailə bu medal ilə təltif olunub və qərar üzrə onlara ayda təqribən 83,5 dollara bərabər olan qırx min Ermənistan dram-ı ödəniləcək.

Qeyd edək ki, Ermənistan əhali azlığı ilə üzləşir və bu ölkə hökuməti hər bir yolla ailələri əhalinin sayını artırmağa təşviq etməyə çalışır.

Hazırda Ermənistanın üç milyon nəfərdən çox əhalisi var və ermənilərin dünyanın digər bölgələrinə miqrasiya etmələri bu ölkə hökumətinin problemlərindəndir.

 

ERMƏNİSTAN ÖZ ƏHALİSİNİN SAYINI ARTIRMAQ İSTƏYİR

Teqlər