Mart 07, 2020 16:54 Asia/Baku
  • Əfqanıstan İslami Qardaşlıq Şurası hind müsəlmanların qırğın edilmələrini pisləyib
    Əfqanıstan İslami Qardaşlıq Şurası hind müsəlmanların qırğın edilmələrini pisləyib

Əfqanıstan İslami Qardaşlıq Şurası hind müsəlmanların Hindistanın təhlükəsizlik qüvvələri və ekstremist hindular tərəfindən qırğın edilmələrini pisləyib.

Şura bu gün bir bəyanatda Hindistan polis qüvvələrinin bu ölkə müsəlmanlarına qarşı repressiv hücumunu insanlığa sığmayan zalımcasına hərəkət və soyqırımı adlandırıb.

Şura BMT-nin baş katibindən, İslam Əməkdaşlığı Təşkilatından və hökumətlərdən istəyibdir ki, Hindistanda insan haqlarının tapdanmasının qarşısını alsınlar.

Belə bir şəraitdə iki gün bundan öncə Əfqanıstan Şiə Din Alimləri Şurası da bir bəyanatda hind müsəlmanlara qarşı zülm və cinayətə son qoyulmasını vurğulamışdı. Həmçinin ötən günlərdə Əfqanıstanın bəzi şəhərləri müsəlmanların qırğın edilmələrini pisləyən etiraz aksiyaları səhnələri olmuşdu.

Hindistanda yeni vətəndaşlıq qanununa qarşı etirazlara görə son bir həftə ərzində bu ölkənin müxtəlif bölgələrində baş verən zorakılıqlar və toqquşmalarda həmin ölkə müsəlmanlarından 46 nəfər öldürülüb və yüzlərlə nəfər də yaralanıbdır.

Tənqidçiləri və müxaliflərinin dini ayrı-seçkilik adlandırdıqları bu qanun Banqladeş, Əfqanıstan və Pakistandan Hindistana qacmağa məcbur olan miqrantlara Hindistan vətəndaşlığı verir, amma bu qanun müsəlmanlara şamil olmur.

 

YENİ-DEHLİNİN MÜSƏLMANLARI QIRMASI PİSLƏNİB

 

Teqlər