Mart 07, 2020 20:24 Asia/Baku
  • Yerevan əsas qanuna düzəliş üzrə referendum üçün geniş təbliğata başlayıb
    Yerevan əsas qanuna düzəliş üzrə referendum üçün geniş təbliğata başlayıb

Ermənidilli "Joxovurd" qəzeti Ermənistan hökumətinin bu ölkənin əsas qanununa düzəliş üzrə referendumun keçirilməsi məqsədilə bu gündən geniş təbliğata başlamasından xəbər verib.

"Joxovurd" yazıb: Ermənistan hökuməti Yerevanda yaşayan hakim partiyanın tərəfdarlarından istəyibdir ki, əllərində "Referenduma-Bəli!" məzmunlu poster və vərəqələr tutmaqla öz yaşadıqları məkanların ətrafında yürüş keçirsinlər.

Gələn həftədən vİlayətlərdə geniş iclasların keçirilməsi və Ermənistanın baş naziri Nikol Paşinyanın vilayət səfərlərinin başlanması bu ölkə hökumətinin həmin referendum barədəki digər təbliğat tədbirlərindəndir.

Ermənistanda çıxan digər bir qəzet- "Hraparak" da yazıb: Əsas qanuna düzəliş üzrə referendumun keçirilməsinə qarşı çıxanlar bu hərəkəti qanunsuz və yersiz hesab edirlər.

Qərar üzrə aprelin beşində Ermənistanda əsas qanuna düzəliş üzrə referendum keçirilməlidir ki, kostitusiya məhkəməsinin buraxılması və ya buraxılmaması məsələsi məlum olmuş olsun.

Ermənistan hökuməti son aylar kostitusiya məhkəməsi ilə ciddi çəkişmələrlə üzləşib və sonda bu ökə parlamenitnin qərarı ilə həmin məhkəmənin vəziyyətinin referendumla müəyyən edilməsi qənaətinə gəlinibdir.

 

YEREVAN ƏSAS QANUNA DÜZƏLİŞ ETMƏK İSTƏYİR

Teqlər