Mart 09, 2020 08:56 Asia/Baku
  • Avropada koronavirusa yoluxanların sayı artıb

Avropa ölkələri bu qitədə koronavirusa yoluxmanın artmasından xəbər verirlər.

İsveçrənin səhiyyə nazirliyi dünən bu ölkədə ikinci nəfərin koronavirusdan ölməsinə işarə edərək, bildirib ki, bu xəstəliyə yoluxanların sayı 281 nəfərə çatıbdır.

İspaniyanın dövlət rəsmiləri də dünən həmçinin bildiriblər ki, bu ölkədə koronavirusa yoluxma 17 nəfərin ölümünə səbəb olub. 613 nəfər də bu virusa mübtəla olubdur.

İngiltərə hökuməti isə bildiribdir ki, bu ölkədə koronavirusa yoluxanlar 64 halın artması ilə 273 nəfərə çatıbdır.

Rusiya da bu ölkədə daha üç nəfərin koronavirusa yoluxduğunu təsdiq edib. Bununla Rusiyada bu virusa yoluxma halı on yeddi nəfərə çatıb.

İtaliya hazırda Avropa ölkələri arasında koronavirusla bağlı ən çox yoluxma və ölüm halına malikdir.

Roma rəsmiləri bu ölkənin şimalında bir neçə şəhər və bölgənin karantinə salıbdır.

60 milyon nəfərlik əhaliyə malik olan İtaliyada koronavirusa yoluxanların sayı 5883 nəfərə çatıbdır ki, onların 233 nəfəri də vəfat edibdir.

 

AVROPADA KORONAVİRUSA YOLUXANLARIN SAYI ARTIB

Teqlər