Mart 10, 2020 09:43 Asia/Baku
  • İtaliya tam karantinə alındı
    İtaliya tam karantinə alındı

İtaliya baş naziri bu gün koronavirusun yayılma sürətini nəzərə alaraq bütün İtaliyanın bu virusa nəzarət coğrafiyasına daxil olduğunu bildirib.

İRNA-nın verdiyi məlumata görə, İtaliyada koronavirusa yoluxanların sayının 9 min nəfərə çatmasını nəzərə alaraq bu ölkənin baş naziri Cüzeppe Konte Tvitter mesajında bildirib: Məhdudiyyət tətbiq olunmuş ərazilər bütün ölkəyə şamil olur və artıq sadəcə İtaliyanın şimal bölgələrini əhatə etməyəcək. 

Konte italiyanlardan evdə qalmağı və beləliklə koronavirus ilə mübarizəyə öz töhfələrini verməyi tələb edib .

Dünən gecəyədək İtaliyada koronavirus nəticəsində ölənlərin sayı 463 nəfərə çatıb. Bu virusun İtaliyada inkişaf tempi artmaqdadır. 

İtaliyada koronavirus tsunamisindən sonra digər Avropa ölkələrində də koronavirusa yoluxma halları sürətlə artmaqdadır. 

KOVİD-19 adlanan bu virus ilk dəfə Çinin Vuhan şəhərində müəyyənləşdirildi və onun vəhşi heyvanlardan mənşə aldığı deyilir. 

Bu virus bu gün 100 çox ölkəyə yayılıb. 

Son statistikalara görə, dünya üzrə koronavirusa yoluxanların sayı hal-hazırda 111 min nəfərdən ibarətdir. Həmçinin indiyədək bu virus nəticəsində 3800 insan ölüb. Eyni zmanda virusa yoluxanlardan 62 min nəfər də sağalıb. 

İTALİYA TAM KARANTİNƏ ALINDI

Teqlər