Mart 11, 2020 14:32 Asia/Baku
  • Bayden: Trampı məğlub edəcəyik!

Amerika demokrat partiyasının daxili şeçkilərinin öncül namizədi ümid etdiyini bildirib ki, hazırkı prezidenti 2020-ci il noyabr seçkilərində məğlub edəcək.

Co Bayden martın onunda bu partiyanın altı ştatdakı hazırlıq seçkilərinin ilkin nəticələrinin yayılmasından sonra deyib: Mən şövqlərinə və yorulmaz enerjilərinə görə Berni Sendersə və onun tərəfdarlarına təşəkkür etmək istəyirəm. Bizim ortaq bir məqsədimiz var və birlikdə Donald Trampı məğlub edəcəyik.

Koronavirus epidemiyasının qızğın çağında Amerikanın Aydaho, Miçiqan, Missisipi, Missuri, Şimali Dakota və Vaşinqton ştatlarında seçkilər keçirilib.

Co Bayden Vermont ştatından olan senator Berni Senders və demokratların digər öndə gedən namizədlərilə rəqabət gedişində Aydaho, Miçiqan, Missisipi və Missuri ştatlarında öndə gedir.

CNN telekanalının proqnozuna əsasən, Baydenin üç martda keçirilən "böyük çərşənbə axşamı" seçkilərində 14 ştatın 10-da qalib gəlməsinə, həmçinin demokratların ikinci partiyadaxili seçkilərinin ilkin nəticələrinə görə, o, 2020-ci il noyabr prezident seçkilərində Trampın rəqibi olacaq.

 

BAYDEN: TRAMPI MƏĞLUB EDƏCƏYİK!

 

 

Teqlər