Mart 11, 2020 16:53 Asia/Baku
  • Paşinyanın Brüssel səfəri

Ermənistanın baş naziri son vaxtlar Belçikanın paytaxtı Brüsselə səfər edib. Ermənidilli "Past" qəzetinin yazdığına görə, bu səfərdə məqsəd, Ermənistan konstitusiyasına düzəliş referendumuna avropalıların dəstəyini cəlb etmək olubdur.

Qəzet bu gün yazıb ki, Nikol Paşinyanın Brüsselə səfəri barədə qərar qəflətən çıxarılmış və bu səfər öncədən planlaşdırılmamışdı.

"Past" qəzetinin yazdığına görə, Paşinyanın Brüsseldə avropalı rəsmilərlə görüşlərində əsas tapşırığı, Ermənistanda keçiriləcək referendum ilə bağlı Avropa strukturlarında mövcud olan mənfi dalğanı azaltmaq idi.

Ermənistanın baş naziri dünən Brüssel səfərindən geri dönübdür.

Qərar üzrə aprelin 5-də Ermənistan konstitusiyasına düzəliş referendumu keçiriləcək ki, konstitusiya məhkəməsinin buraxılması və ya buraxılmaması məsələsi aydınlaşmış olsun.

Son aylar Ermənistan hökuməti ilə konstitusiya məhkəməsi arasında ciddi gərginliklər yaranıb və sonda parlamentin qərarı ilə referendumla bu məhkəmənin məsələsinin həll edilməsi qərara alınıbdır.

 

PAŞİNYANIN BRÜSSEL SƏFƏRİ

 

Teqlər