Mart 12, 2020 08:33 Asia/Baku
  • Rusiyada prezidentlik dövrünün uzadılması layihəsi qəbul edilib

Rusiya parlamentinin yuxarı palatasında prezidentlik dövrünün uzadılması layihəsi qəbul edilib.

Rusiya parlamentinin yuxarı palatası dünən bu ölkənin əsas qanununa düzəliş barədəki layihəni və Rusiyada prezidentlik dövrünün uzadılmasını qəbul etdiyini bildirib.

Bu qərardan öncə Duma da əksəriyyət səslə həmin layihə ilə öz razılığını elan etmişdi.

Bu layihənin yekun təsdiqi və qanuna çevrilməsi təqdirində Rusiya prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək Rusiya prezident seçkilərində bir daha öz namizədliyini irəli sürə bilər.

Rusiya Dumasında və bu ölkə parlamentinin yuxarı palatasında əsas qanununa düzəliş barədəki layihənin və Rusiyada prezidentlik dövrünün uzadılmasının qəbul edilməsindən sonra bu layihə hazırda həmin ölkənin regional parlamentlərində araşdırılmalı və bu orqanların üçdə iki hissəsinin dəstəyini qazandıqdan sonra Rusiya parlamentinin yuxarı palatası martın 14-də bu barədə iclas təşkil edəcək.

Rusiya əsas qanununa bu düzəliş barədə aprelin 22-də referendum keçiriləcək.

RUSİYADA ƏSAS QANUNA DÜZƏLİŞ

Teqlər