Mart 14, 2020 15:32 Asia/Baku
  • Çin COVID-19-la mübarizədəki səylərinə görə, İrana təşəkkür edib

Çin prezidenti İran prezidentinə müraciətdə koronavirusa yoluxan vətəndaşlara yardım üzrə humanitar səylərinə görə, Tehrana təşəkkür edib.

Si Tsinpin bu gün bu müraciətdə koronavirus pandemiyası ilə mübarizə aparan İranın dövləti və xalqı ilə həmrəylik ifadə edib, ölkəsinin bu viruslla mübarizə sahəsindəki hər cür təcrübəsini İrana ötürməyə hazır olduğunu bildirib.

Çin prezidenti bu müraciətdə vurğulayıb ki, Pekin və Tehran qədim şəriklər olaraq, əhatəli strateji əlaqələrə malikdirlər və iki ölkənin xalqları da ənənəvi surətdə bir-biriləri ilə dostdurlar. Qeyd edib ki, İranın dövləti və xalqı koronavirusla mübarizədə səmimi şəkildə Çinə dəstək verdilər.

Si Tsinpin söyləyib: Çin də koronavirusla mübarizə sahəsində İrana yardım üçün səhiyyə və müalicə imkanları hədiyyə etməklə yanaşı, özünün səhiyyə ekspertlərindən ibarət bir qrupunu Tehrana göndərdi.

Koronavirus ötən iki ayda 130-a yaxın ölkəni bürüyüb. Dünya səviyyəsində bu virusdan həyatını itirənlərin sayı indiyədək 5436, virusa yoluxanların sayı isə 145 min 686 nəfərə çatıbdır.

 

ÇİN İRANA TƏŞƏKKÜR EDİB

 

Teqlər