Mart 16, 2020 08:55 Asia/Baku
  • COVID-19 dünyanın ən kiçik respublikasına sirayət etdi
    COVID-19 dünyanın ən kiçik respublikasına sirayət etdi

Koronavirusun Avropada sürətlə yayılması nəticəsində yaşıl qitədə yerləşən dünyanın ən kiçik və ən qədim respublikası da bu virusa yoluxubdur.

Ərazisi 61 kvadrat-kilometr, əhalisinin sayı isə 30 min nəfər olan San-Marino ötən əsrlərdə İtaliya ərazisində yerləşibdir. Bu kiçik ölkədə koronavirusa yoluxanların sayı 98, ölənlərin sayı isə 7 nəfərə çatıbdır.

San-Marinonun İtaliyadakı səfiri Daniela Rotondaro bu barədə deyib: Hazırda biz San-Marinoda İtaliya hökuməti kimi koronavirus pandemiyası ilə mübarizə üçün lazım olan bütün sərt tədbirləri görmüşük və xalq son dərəcə zəruri hallar istisna olmaqla evdən çölə çıxmır.

Belə bir halda, dünyanın ən kiçik ölkəsi kimi Romanın mərkəzində yerləşən və min nəfərdən az əhalisi olan Vatikanda bir nəfər koronavirusa yoluxub.

Bütün İtaliyada hərəkətə qoyulmuş məhdudiyyətə və qadağaya, həmçinin insanların toplantılarının qadağan edilməsinə görə, Papa Fransis dünən günortaçağı keçirilməli olan dini mərasimi ikinci həftə dalbadal video vasitəsilə həyata keçiribdir.

İtaliya koronavirus böhranının mərkəzidir. Hazırda bu ölkədə COVID-19-a yoluxanların sayı 21 min nəfəri ötüb keçibdir. Ölənlərin sayı 1441, sağalanların miqdarı isə 1966 nəfərdir.

İtalyanlar bu ölkə boyu öz evlərinin balkonlarında uzun-uzadı çəpiklər çalaraq, həkim və şəfqət işçilərinin koronavirusla mübarizə sahəsindəki gecəli-gündüzlü səylərinə görə təşəkkür edirlər.

 

COVID-19 SAN-MARİNONU DA NƏZƏRDƏN QAÇIRMADI

Teqlər