Mart 18, 2020 22:09 Asia/Baku
  • Pekindən Vaşinqtona xəbərdarlıq

Çin ABŞ-a xəbərdarlıq edib ki, əgər Vaşinqton koronavirus böhranı məsələsində Pekini müqəssir saymaq üzrə hərəkətlərini davam etdirərsə, bu ölkə ayrı ölçülər götürəcəkdir.

Pekinin bu gün göstərdiyi bu reaksiyaya səbəb, ABŞ rəsmilərinin, o sıradan Amerika prezidenti və dövlət katibinin koronavirus pandemiyasını Çin virusu və Uhan virusu adlandırmaları olubdur.

Təqribən bir həftə bundan öncə Çin xarici işlər nazirliyinin sözçüsü Tszyao Li Tszyan koronavirusun bu ölkəyə ABŞ ordusu tərəfindən daxil edilməsi ehtimalını irəli sürmüşdü.

Çin və Amerika rəsmiləri arasında şifahi və media gərginliyi koronavirusun yayılmasından sonra daha da kəskinləşibdir. Hər iki ölkə bir-birini bu virusun amili olmaqda ittiham etmək və qarşı tərəfin jurnalistlərinin sayını azaltmaq və ixrac etməklə müqabil tərəfə qarşı öz müxalif mövqeyini nümayiş etdirməyə çalışır.

PEKİNDƏN VAŞİNQTONA KƏSKİN XƏBƏRDARLIQ

Teqlər