Mart 24, 2020 14:54 Asia/Baku
  • ABŞ hərbçilərinin İraqın qərbindən çıxmaları başlanıb

Media mənbələri amerikalı hərbçilərin İraqın qərbində yerləşən Ələnbar vilayətindəki Əlhəbbaniyyə bazasından çıxmalarının başlanmasından xəbər veriblər.

Amerikalı qüvvələrin Əlhəbbaniyyə bazasının girəcəyindəki keşikçi bürcləri boşaldılıbdır.

Amerikalı qüvvələr cümə axşamı günü gecə də Ələnbar vilayətinin Əlqaim şəhərində yerləşən bazalarından geri çəkilmişdilər.

Bəzi mənbələr Amerikanın bu geriçəkilməsini ABŞ hərbçilərinin İraqdakı bazalarına qarşı intensiv hücumlardan qorxmaları ilə izah ediblər.

İraqın xalqı və bir çox rəsmi şəxsi terrorçu amerikalı qüvvələrin bu ölkədən çıxmalarını istəyirlər.

Digər tərəfdən, İraqın Əlhəşduşşəbi qüvvələri bu ölkənin şimalında yerləşən Səlahəddin vilayətində İŞİD terror qrupu başçılarından iki nəfəri üç digər terroristlə yanaşı öldürüblər.

Bu terror ünsürləri partlayış əməliyyatı keçirməyə hazırlaşarkən Əlhəşduşşəbi qüvvələri tərəfindən hədəfə alınaraq, öldürülüblər.

ABŞ HƏRBÇİLƏRİNİN İRAQIN QƏRBİNDƏN ÇIXMALARI BAŞLANIB

Teqlər