Mart 28, 2020 09:54 Asia/Baku
  • COVID-19 ABŞ-da sürətini artırıb
    COVID-19 ABŞ-da sürətini artırıb

Amerikada "Cons Hopkins" Universiteti bildirib ki, iki saat ərzində bu ölkədə COVID-19 nəticəsində təqribən 7 min yeni yoluxma və 80 ölüm halı qeydə alınıb.

ABŞ müdafiə nazirliyi də bu ölkədə 52 yeni yoluxma halını təsdiq edərək, bildirib ki, indiyədək pasientlərin sayı 304 nəfərə çatıbdır.

Amerikada koronavirusa yoluxanların sayı sıçrayışla artmaqdadır.

93 min 329 amerikalının koronavirusa yoluxması ilə bu ölkə həmin virusa yoluxan ölkələri arxada qoyaraq, birinci pilləyə qalxıbdır.

Digər ölkələrdən daha gec şəkildə koronavirusun diaqnozu sınaqlarına başlayan Amerika hökuməti hazırda xəstələrin sayına görə, sınaq şüşələri çatışmazlığı ilə üzləşibdir.

Ümumdünya Səhiyyə Təşkilatı ötən çərşənbə axşamı günü elan etdi ki, Amerika yaxın gələcəkdə ehtimal üzrə koronavirusun sirayət etməsi ocağına çevriləcək.

Teqlər