Mart 28, 2020 21:35 Asia/Baku
  • ABŞ-ın İraqdakı yen fitnəsi ifşa edilib
    ABŞ-ın İraqdakı yen fitnəsi ifşa edilib

Bir Amerika nəşri bu ölkənin İraqdakı yeni fitnəsini ifşa edib.

"Nyu-York Tayms" qəzeti yazıb: Amerika prezidenti Donald Tramp martın 19-da Ağ Ev-də keçirilən iclasda İraqda hərbi əməliyyatın planlaşdırılmasının davam etdirilməsinə icazə verib.

Qəzetin yazdığına görə, Amerikanın müdafiə naziri Mark Esper keçən həftə İraqda xalq səfərbər qüvvələri- Həşduşşəbi-nin Hizbullah batalyonlarının məhv edilməsi göstərişini veribdir.

"Nyu-York Tayms" həmçinin ifşa edib ki, yüksək vəzifəli rəsmilər, o sıradan ABŞ-ın dövlət katibi və milli təhlükəsizlik müşaviri İrana qarşı düşmənçilik tədbilərinin görülməsi üçün təzyiq göstərirlər.

Amerikalı rəsmilərin iddialarına görə, İranın başının koronavius böhranına qarışması onun İraqdakı müttəfiqlərini aradan götürmək üçün bir fürsət sayılır.

ABŞ-IN İRAQDAKI YENİ FİTNƏSİ İFŞA OLUNUB

Teqlər