Mart 30, 2020 15:13 Asia/Baku
  • Tramp koronavirusla mübarizədəki çatışmazlığı etiraf etdi

«Bəzi çatışmazlıqlara görə, problemlərlə üzləşirik»- bu sözləri ABŞ prezidenti bir mətbuat konfransında söyləyib.

Donald Tramp Amerikada böhran komitəsinin üzvlərilə birgə mətbuat konfransında bu ölkənin bəzi xəstəxanalarında süni tənəffüs aparatları və tibb avadanlığı çatışmazlığından xəbər verib.

Amerika prezidenti sonra deyib: 5032 süni tənəffüs aparatını Nyu-York ştatına göndərəcəyik. Bu ştat Amerikada ən çox tələfat veribdir.

Koronavirusa yoluxanlardan yüz mindən iki yüz minədək amerikalının ölüm ehtimalı haqda xəbərdarlıq edən Tramp sosial məsafəsaxlamanı aprelin 30-dək uzadıb.

Tramp bu mətbuat konfransında bir daha Amerika demokratlarını və bəzi mediaları tənqid edib. Deyib ki; «Demokratlar siyasi münasibətə görə, Amerika hökumətinin koronavirusla mübarizə üzrə səylərini etiraf etmək istəmirlər. Bu sahədə CNN kanalı da qeyri-düzgün informasiyalar yayır.

Amerika hazırda koronavirusa yoluxanların sayı baxımından öncül ölkədir.

Son statistikalara görə, bu ölkədə 138 min 908 nəfər koronavirusa yoluxub, 2438 nəfər də vəfat edibdir.

TRAMP COVID-19-LA MÜBARİZƏDƏKİ ÇATIŞMAZLIĞI ETİRAF ETDİ

Teqlər