Mart 30, 2020 15:29 Asia/Baku
  • İtaliyada onlarla həkim və tibb işçisi həyatını itirib

Avropada koronavirus pandemiyası üzrə ikinci ocaq olan İtaliyada onlarla həkim və tibb işçisi vəfat edib.

İtaliya Milli Cərrahlar və Stamatoloqlar Federasiyası bu ölkədə COVID-19-la ilə mübarizə zamanı tibb kadrı arasında həmin infeksiyaya yoluxmadan ölənlərin sayını təsdiq edibdir.

İtaliyada azı əlli həkim bu mübarizədə həyatını itirib. Həmin doktorlardan 17-si İtaliyada pandemiyanın əsas ocağı olan Lombardiyada olubdur.

İtaliyada koronavirus tələfatının sayı bir gün ərzində 756 nəfərə qalxaraq, ümumilikdə on min 779 nəfərə çatıbdır. Bu rəqəm təklikdə dünya səviyyəsində koronavirus tələfatının üçdə biri qədərdir.

İTALİYADA ONLARLA TİBB İŞÇİSİ HƏYATINI İTİRİB