Mart 31, 2020 08:01 Asia/Baku
  • İtaliyada COVID-19-a tutulanların sayı 100 min nəfəri keçib
    İtaliyada COVID-19-a tutulanların sayı 100 min nəfəri keçib

İtaliyada COVID-19-a tutulanların sayı digər bir sıçrayışla 100 min nəfəri ötüb keçibdir.

İtaliya hökuməti şənbə günü gecə bildirdi ki, bu ölkədə koronavirusa yoluxanların sayı, 101 min 739 nəfərə çatıbdır.

İtaliya hökuməti həmçinin elə bu xəstəlikdən daha 812 nəfərin həyatla vidalaşdığını qeyd edib. Bununla da bu Avropa ölkəsində COVID-19 qurbanlarının sayı 11 min 591 nəfərə çatıbdır.

İtaliya ABŞ-dan sonra koronavirus xəstələrinin sayı yüz min nəfəri ötüb keçən ikinci ölkədir.

İtaliya hazırda koronavirusa yoluxma və tələfatın sayı baxımından Avropa ölkələri arasında yüksək göstəriciyə malikdir.

İtaliyanın baş naziri Cüzeppe Konte martın onunda bu ölkədə koronavirusa yoluxanların sayının artmasının ardınca 60 milyon nəfərlik İtaliyanı tam şəkildə karantinə almaq qərarına gəldi.

İTALİYADA COVID-19 XƏSTƏLƏRİNİN SAYI 100 MİN NƏFƏRİ KEÇDİ