Mart 31, 2020 09:17 Asia/Baku
  • Ölkələr COVID-19-la bağlı məlumatları paylaşsınlar
    Ölkələr COVID-19-la bağlı məlumatları paylaşsınlar

BMT-nin UNESCO təşkilatı dünya ölkələrini COVID-19-la bağlı məlumatları paylaşmağa çağırıb.

UNESCO-nun baş katibi Andre Azolay 73 ölkənin elm və təhsil nazirləri ilə virtual yığıncaqda bildirib ki, koronavirus pandemiyası/ yaşayışın xilas edilməsi üçün informasiyaların daha yaxşı və daha çox paylanması vacibliyini ortaya qoyubdur.

Azolay vurğulayıb ki, koronavirus pandemiyası dünya ictimaiyyətini beynəlxalq əməkdaşlıqlar və araşdırmalarda elmin önəmindən xəbərdar edibdir. O, deyib: Koronavirus böhranı biliyin daha yaxşı paylanması təcilliyini hamıya göstərir.

UNESCO-nun bu yığıncağında ölkələr arasındakı məlumat və bilik mübadiləsinin yetərsiz olması, elmi məlumatlara azad əlcatmaya icazənin verilməsi, siyasi qərarlar ilə elm arasındakı bağların möhkəmləndirilməsinə təkid edilibdir.