Mart 31, 2020 13:11 Asia/Baku
  • Ağ Ev-in koronavirusdan tələfatı 3000 nəfəri keçdi
    Ağ Ev-in koronavirusdan tələfatı 3000 nəfəri keçdi

Amerikada koronavirusdan ölənlərin sayı başqa bir sıçrayışla 3 min nəfəri keçibdir.

Amerika mediaları bazar ertəsi günü gecə bildiriblər ki, bu ölkədə 163 min 479 nəfər koronavirusa yoluxubdur ki, onlardan 3148 nəfər həyatını itiribdir.

Amerika hazırda COVID-19-a yoluxanların önündə gedir.

Proqnozlara görə, Amerikada koronavirusdan ölənlərin sayı avqust ayınadək 82 min nəfərə çata bilər.

Digər ölkələrdən daha gec şəkildə koronavirusun diaqnozu sınaqlarına başlayan Amerika hökuməti hazırda xəstələrin sayına görə, sınaq şüşələri çatışmazlığı ilə üzləşibdir.

Hazırda bu ölkənin bütün əlli ştatı koronavirusa düçar olub.

AĞ EV COVID-19 QARŞISINDA DİZƏ ÇÖKÜR