Mart 31, 2020 15:45 Asia/Baku
  • Bayden Trampı COVID-19-la mübarizədəki səhlənkarlığına görə tənqid edib
    Bayden Trampı COVID-19-la mübarizədəki səhlənkarlığına görə tənqid edib

2020-ci il ABŞ prezident seçkilərinə demokrat partiyasının namizədi koronavirus pandemiyasına görə, Trampın bu sahədəki səhlənkarlığını tənqid edib.

Amerikanın keçmiş prezidenti Barak Obamanın müavini olmuş Co Bayden dünən gecə CNBC telekanalı ilə müsahibədə deyib: Donald Tramp nə qədər gec deyil, tələsməli və koronavirusla mübarzəni sürətləndirməlidir.

Bayden ABŞ prezidentindən istəyibdir ki, COVID-19-la mübarizədə federal müdafiə istehsalı qanunundan daha çox istifadə etsin.

2020-ci il ABŞ prezident seçkilərində demokrat partiyasının daxili rəqabətlərində öndə gedən namizəd sonra deyib ki, seçkilərdə qalib gələcəyi təqdirdə, Nyu-York kimi koronavirusa məruz qalan ştatlara daha çox tibbi avadanlıq göndərəcəkdir.

Bayden Nyu-York qubernatorunun bu ştatda tənəffüs aparatı və digər tibbi ləvazimatların çatışmazlığına dair çıxışına istinadla deyib ki, prezident müxalif olduğu qubernatorları təhqir etməməlidir.

Nyu-York ştatının qubernatoru Endro Komo bazar ertəsi günü axşam bu ştatda koronavirus xəstələrinin sayının artmasından nigarançılıq edib. Bildirib ki, qarşıdakı iki həftə ərzində bu xəstəlikdən irəli gələn ölüm hallarının artması gözlənilir.

Hazırda Amerikada 164 min 253 nəfər COVID-19-a yoluxub, 3165 nəfər isə vəfat edibdir.

BAYDEN TRAMPIN COVID-19-LA ZƏİF MÜBARİZƏSİNİ TƏNQİD EDİB

 

Teqlər