Apr 01, 2020 07:34 Asia/Baku
  • ABŞ-da COVID-19-a yoluxanların sayı Çindən çox olub
    ABŞ-da COVID-19-a yoluxanların sayı Çindən çox olub

Amerikada koronavirusdan ölənlərin sayı başqa bir sıçrayışla 3800 nəfəri keçib.

Amerika mediaları çərşənbə axşamı günü gecə bildiriblər ki, bu ölkədə 187 min 347 nəfər koronavirusa yoluxubdur ki, onlardan 3860 nəfər həyatını itiribdir.

Hazırda COVID-19-a yoluxan ölkələrin önündə gedən Amerika bu statistika ilə koronavirusdan ölənlərin sayı baxımından bu virusun başlanğıc mərkəzi olan Çini arxada qoyubdur.

Çində indiyədək 81518 nəfər koronavirusa yoluxubdur ki, bu miqdardan 3305 nəfər vəfat edibdir.

Digər ölkələrdən daha gec şəkildə koronavirusun diaqnozu sınaqlarına başlayan Amerika hökuməti hazırda xəstələrin sayına görə, sınaq şüşələri çatışmazlığı ilə üzləşibdir.

Ümumdünya Səhiyyə Təşkilatı ötən çərşənbə axşamı günü elan etdi ki, Amerika yaxın gələcəkdə ehtimal üzrə koronavirusun sirayət etməsi ocağına çevriləcək.

Hazırda bu ölkənin bütün əlli ştatı koronavirusa düçar olub.

Amerika xəstəxanaları cəmiyyəti martın 8-də bildirdi ki, ehtimal üzrə 96 milyon amerikalı bu virusa yoluxacaqdır ki, onlardan 480 min nəfər həyatını itirəcəkdir.

Amerikada Donald Tramp hökumətinin koronavirus pandemiyası qarşısındakı fəaliyyəti ilə bağlı nigarançılıqlar yüksəlib və hətta bu ölkənin bir neçə ştatında fövqəladə vəziyyət elan edilibdir.

Trutos amerikan saytı son zamanlar bu ölkədə 28 milyon nəfərin slğorta xidmətlərindən istifadə etmədiyini bildirdi və bu ölkədə koronavirus pandemiyasını bir faciə adlandırdı.

ABŞ-DA COVID-19-A YOLUXANLARIN SAYI ÇİNDƏN ÇOX OLUB