Apr 01, 2020 14:50 Asia/Baku
  • Rusiyada 32 muxtar respublika və vilayət karantinə alınıb
    Rusiyada 32 muxtar respublika və vilayət karantinə alınıb

Rusiyada koronavirus epidemiyasının davam etməsilə bu ölkənin 32 muxtar respublikası və vilayətində karantin vəziyyəti icraya qoyulub

Rusiyanın 32 muxtar respublikası və vilayətinin, o sıradan Tatarıstan, Çeçenistan, Kalininqrad, Vladimir və Rostovun icra başçıları dünən bildiriblər ki, karantin rejimini icra edirlər.

Öncə Moskvada icra olunan bu rejimə əsasən, bu bölgələrin sakinləri zəruri şərait istisna olmaqla evdən çıxmaq haqqına malik deyillər.

Rusiyanın baş naziri Mixail Mişustin də bazar ertəsi günü demişdi ki, ev karantini rejimi bu ölkə boyu icra olunmalıdır.

Misustinin bildirdiyinə görə, hazırkı dövrdə Rusiya hökumətinin əsas məqsədi, koronavirusun bu ölkədə kulminasiya nöqtəsinə çatmasından öncə daha artıq qabaqlayıcı tədbirlərin görülməsidir.

Rusiya hökuməti həmçinin koronavirusla bağlı komendant saatının pozulmasına görə tətbiq etdiyi ağır nağd cərimələri Moskvada ev təcridi rejiminin başlanması ilə bir zamanda şiddətləndiribdir.

RUSİYADA GENİŞ KARANTİN TƏDBİRLƏRİ

Teqlər