Apr 02, 2020 15:46 Asia/Baku
  • Tramp uçuş məhdudiyyəti tətbiq etmək qərarına gəlib

Amerika prezidenti koroanvirus pandemiyasının yüksək təhlükəsinə görə, bu ölkənin bəzi şəhərlərində uçuş məhduiyyətlərinin tətbiqindən xəbər verib.

Donald Tramp dünən Ağ Ev-də, Amerikadakı bəzi çox təhlükəli nöqtələrdə səfər məhdudiyyətləri məsələsinə işarə edib və belə vurğulayıb: Biz bu reysləri öyrənməyə çalışırıq. Amma hər bir aviareysdə hər bir uçuşun bağlanması olduqca çətin qərardır.

O, həmçinin xatırladıb: Ehtimal üzrə belə bir qərar çıxarılacaq, zira ehtimal olunur ki, qarşıdakı iki həftə ərzində ölkədə koronavirusa yoluxma halları öz kulminasiya nöqtəsinə çatacaqdır.

Qeyd edək ki, iri Nyu-York şəhəri bölgəsi koronavirus pandemiyası üçün çox təhlükəli mərkəzlərdən biri kimi təqdim olunub.

Onu da qeyd edək ki, bu bölgə yetərincə tibbi-gigiyenik avadanlıqlara malik deyildir.

Amerikanın səhiyyə rəsmiləri Çikaqo, Detroyt və Nyu-Orlean daxil olmaqla digər bölgələrdə də təhlükə barədə xəbərdarlıq ediblər.

TRAMP ABŞ-DA UÇUŞ MƏHDUDİYYƏTİ YARATMAQ İSTƏYİR

Teqlər