Apr 03, 2020 13:12 Asia/Baku
  • Bayden də İranın sanksiya edilməsinə qarşı çıxanların sırasına qatıldı
    Bayden də İranın sanksiya edilməsinə qarşı çıxanların sırasına qatıldı

2020-ci il ABŞ prezident seçkilərində demokrat partiyasının namizədi Co Bayden dünən koronavirus böhranı dövründə İrana qarşı sanksiyaların azaldılmasını itəyib.

Bayden bir bəyanatda etiraf edib ki, Amerikanın təzyiqlərinə görə, əməldə əksər dövlət və təşkilatlar İrana yardım göstərmək vasitəsilə Amerikanın sanksiyalarına məruz qalmaqdan son dərəcə nigarandırlar.

Co Bayden bu bəyanatda Tramp hökumətindən istəyibdir ki, koronavirus pandemiyasının qızğın çağında İran əleyhinə sanksiyaları azaltsın.

Bundan öncə də ABŞ senatı və nümayəndələr palatasının 32 üzvü bu ölkənin dövlət katibi Mayk Pompeoya və maliyyə naziri Stven Mnuçinə birgə məktubda koronavirus pandemiyasına görə, İrana qarşı sanksiyaların dayandırılmasını istəmişdilər.

Son həftələrdə dünya ölkələrində və İranda koronavirusun yayılmasının ardınca beynəlxalq rəsmilər və bəzi ölkələr, o cümlədən Türkiyə, Rusiya, Pakistan və Çin/ ABŞ-ın İrana qarşı birtərəfli və qanunsuz sanksiyalarının ləğv edilməsini tələb edibər.

BAYDEN DƏ İRANIN SANKSİYA EDİLMƏSİNƏ QARŞI ÇIXDI