Apr 03, 2020 17:25 Asia/Baku
  • Rusiyanın koronavirusun mənfi nəticələrini azaltmaq üzrə strategiyası
    Rusiyanın koronavirusun mənfi nəticələrini azaltmaq üzrə strategiyası

Bir çox dünya ölkəsində koronavirus pandemiyasının ardınca Rusiya da fövqəladə hazırlıq vəziyyətinə gəlibdir.

Koronavirusun dünyanın digər nöqtələrində olduğu kimi Rusiyada da yoluxdurduğu və qurban aldığı bir halda, Rusiya hökuməti ardıcıl surətdə sərəncamlar vermək, duma və senat da himayəedici qanunlar qəbul etməklə bu pandemiyanın Rusiya xalqına və iqtisadiyyatına qarşı mənfi təsirlərini mümkün qədər azaltmağa çalışırlar.

Müsahibə: Hökumət ciddi surətdə iqtisadi vəziyyətə nəzarət edir, vətəndaşlara və investorlara dəstəyi artırır. Nəzərdə tutulan güzəştlər icra olunmaqdadır.

Rusiya hökumətinin iqtisadi strategiyaları geniş tədbirlər spektrinə şamil olur.

Müsahibə(qadın): Gəlirlərin azaldığı bir şəraitdə kredit ödənişi orta və kiçik bizneslərə böyük təzyiq göstərir. Buna görə, banklara tövsiyə olunubdur ki, bu müəssisələrə faizsiz kreditlər verərək, yubanma cəriməsi ödəsinlər.

Müsahibə: Təcili yardım və xəstəxana çarpayılarının düzəldilməsi və təchizi, infeksiyon mərkəzlərin yaradılması üçün ümumi milli istehsalın təqibən bir faizi qədər olan 50 milyard rubldan çox vəsait xərclənəcək.

İqtisadi strategiyaların icrası ilə bir zamanda sərt qaydalar da şiddətlə və hətta bəzi hallarda zorla və icbari surətdə icra olunmaqdadır.

Müsahibə: Mənzilin qapısından karantin və ev təcridi qanunu daha bir həftə müddətinə uzadılıb və qanun pozucuları üçün ağır həbs və nağd cərimə cəzaları nəzərdə tutulub.

Moskvada koronaviruslu xəstələrin saxlanıldığı xəstəxananın baş həkiminin özünün də bu xəstəliyə tutulduğu və ötən həftə Vladimir Putin bu xəstəxanaya baş çəkərkən Rusiya prezidentilə əl tutduğu və onu müşayiət etdiyi məlum olandan sonra hazırda Putin də ev karantinindədir və iclas və çıxışları video-konfrans formasında keçirilir.

Rusiya hökuməti ümid edir ki, bu təşviq və tənbehedici strategiyaların icrası ilə həm koronavirus pandemiyasından irəli gələn geniş tələfatın qarşısını alacaq, həm də koronavirusun bu ölkənin iqtisadiyyatına olacaq mənfi təsir və nəticələrini aradan qaldıracaqdır.

MOSKVANIN COVID-19 QARŞISINDAKI STRATEGİYASI