Apr 03, 2020 21:26 Asia/Baku
  • Çində ümumi matəm elan olunub
    Çində ümumi matəm elan olunub

Çin hökumət şurası bu ölkə xalqının koronavirusdan həyatını itirənlərin yaxınlarının kədəri ilə bölüşməsi üçün sabah, şənbə gününü bu ölkədə ümumi matəm günü elan edib.

Bu gündə bütün ölkə boyu, həmçinin ölkə xaricindəki səfirlik və baş konsulluqlarda Çin bayraqları yarıya endiriləcək və ölkədə bütün əyləncə fəaliyyətləri dayandırılacaqdır.

Şənbə günü yerli vaxtla səhər saat onda bütün Çin xalqı üç dəqiqə sükut edəcək, avtomobillər siqnal, qatar və gəmilər fit verəcəklər. Hava hücumundan müdafiə siqnalı da səsləndiriləcəkdir.

Koronavirus indiyədək Çİndə 3322 nəfərin həyatını əlindən alıb, 81620 nəfəri də özünə yoluxdurubdur.

SABAH, ÇİNDƏ ÜMUMİ MATƏMDİR