Apr 05, 2020 20:16 Asia/Baku
  • ABŞ hərbçilərinin çıxmaları ilə İŞİD-in gizli özəkləri də məhv olacaq
    ABŞ hərbçilərinin çıxmaları ilə İŞİD-in gizli özəkləri də məhv olacaq

İraqda Həşduşşəbi təşkilatının məsul şəxslərindən biri amerikalı hərbçilərin İŞİD ilə əlaqələrinə işarə edərək, vurğulayıb ki, bu hərbçilərin İraqdakı bəzi bazalardan çıxmaları ilə İŞİD-in gizli özəklərinin 90 faizi də məhv olacaqdır.

İraqda Həşduşşəbi təşkilatının məsul şəxslərindən olan Əli əl-Husəyni Əlməlumə vebsaytı ilə müsahibədə deyib: Amerikalı hərbçilərin İŞİD İlə əlaqələri və onların bu terrorçu qrupa dəstək vermələri heç kəsə gizli deyildir.

O, söyləyib: Amerikalı hərbçilər logistik himayə və kəşfiyyat sahələri daxil olmaqla müxtəlif sahələrdə İŞİD-in mühüm himayədarlarından olublar ki, bu hərbçilərin Kərkükdəki «K1» kimi bazalardan çıxmaları ilə həmin himayələr də azala və ya dayana bilər. Buna görə, yaxın günlərdə İŞİD-in gizli özəklərinin son dərəcə zəifliklərinin şahidi olacağıq.

Ötən bir neçə gün ərzində amerikalı hərbçilər Ələnbardakı «Qaim» və «Əlhəbaniyyə», həmçinin Kərkükün cənubundakı «Əlqəyarə» bazalarından çıxaraq, «K1», Mosul və Ələsəd kimi daha iri bazalara köçüblər.

İŞİD-İN GİZLİ ÖZƏKLƏRİNİN MƏHVİ YAXINDIR

Teqlər